Ebeko vulkanı 3 km hündürlüyə kül atıb

06:13 - 29 Mart 2023 - DÜNYA

Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında 3 km hündürlüyündə kül dumanı qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yaxınlıqdakı Severo-Kurilsk şəhərində kül düşməsi müşahidə edilməyib, hidrogen sulfid iyi də yoxdur.

Əhalinin həyatı üçün heç bir təhlükə yoxdur.

Xəbər xətti