ABŞ Maliyyə Nazirliyi 2-si Rusiya firması da daxil olmaqla, 11 müəssisəyə qarşı ixrac məhdudiyyətləri tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusundaməlumat yayılıb.
Məlumata görə, Sənaye və Təhlükəsizlik Bürosu Myanma, Çin, Nikaraqua və Rusiyanın 11 strukturunu, o cümlədən Rusiya Federasiyasının "Aviatex" və "Aviazapçast" şirkətlərini qara siyahıya salıb.
Qeyd edilir ki, bu strukturlar milli təhlükəsizlik maraqlarına və ABŞ-ın xarici siyasətinə zidd fəaliyyətlərlə məşğuldurlar.