Berluskoni xəstəxanaya yerləşdirilib

20:15 - 28 Mart 2023 - DÜNYA

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Corriere della Sera məlumat yayıb.

Qeyd olunur ki, martın 27-də İtaliyanın sabiq lideri ağrılardan əziyyət çəkib və xəstəxanaya yerləşdirilib. Bildirilir ki, o, martın 29-da evə buraxıla bilər.

Qeyd edək ki, 2020-ci ilin payızında Berluskoni koronavirus infeksiyasına yoluxmuşdu. 

Xəbər xətti