Cənubi Koreya ABŞ-dan "Chinook" helikopterləri alır

15:11 - 28 Mart 2023 - DÜNYA

Cənubi Koreya hakimiyyəti ABŞ-dan CH-47F Chinook helikopterlərinin alınması layihəsini təsdiqləyib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin dəyəri 1,15 milyard dollar dəyərində qiymətləndirilir.

Neçə helikopterin alınacağı barədə məlumat verilmir. 2022-ci ilin dekabrında ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi Seuldan 18 helikopter tələb etdiyini bildirdi.

CH-47F-nin satışı da ABŞ səlahiyyətliləri tərəfindən təsdiqlənib və 2028-ci ilə qədər istehsal olunacağı gözlənilir.

Yeni helikopterlər Cənubi Koreya ordusunda xidmətdə qalan köhnəlmiş CH-47D-ləri əvəz edəcək.

Xəbər xətti