Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb

11:48 - 28 Mart 2023 - HADİSƏ

Mingəçevirdə 12 gündür itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti