Filippində tankerin batmasından sonra 9 min litr yağlı su qarışığı yığılıb

08:19 - 28 Mart 2023 - DÜNYA

 Filippin Sahil Mühafizəsi bir ay əvvəl Princess Empress tankerinin batdığı Şərqi Mindoro sularında 9400 litrdən çox yağlı su qarışığı toplayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABS-CBN media qrupu məlumat yayıb.

Dəniz əməliyyatları zamanı 115 kisə çirklənmiş material və 22 barel tullantı yığılıb.

Xatırladaq ki, fevralın 28-də Şərqi Mindoro əyalətində sənaye məqsədləri üçün 800 min litr mazut daşıyan tanker batıb. Daha sonra yapon sualtı robotu, demək olar ki, 400 m dərinlikdə yerləşən tankerin dəqiq yerini müəyyənləşdirib.

Sahil Mühafizəsinin məlumatına görə, içərisində təxminən 400 min litr mazut olan səkkiz çəndən beşi "konstruksiyaya ziyan dəyib. 

Hakimiyyət orqanları zərər çəkmiş ərazilərin təmizlənməsi Yaponiya, ABŞ və Fransaya müraciət edib.

Xəbər xətti