ABŞ-ın Şimali Dakota ştatında asfalt istehsalı üçün neft məhsulları daşıyan yük qatarı zəhərli maddələrin sızması nəticəsində relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Canadian Pacific Railway-ə istinadən məlumat yayıb.
Operatorun sözlərinə görə, 70 vaqondan 30-u aşıb.
Hadisə nəticəsində yanğın olmayıb.