Britaniyanın British Airways aviaşirkəti London Hitrou hava limanında təhlükəsizlik səbəbilə qarşıdan gələn Pasxa bayramları zamanı gündə 32-yə qədər reysi təxirə salmaq məcburiyyətində qaldığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hava daşıyıcısının yaydığı məlumatda deyilir.
Bildirilir ki, məhdudiyyətlər əvvəllər tətil elan edilmiş bütün günlərə şamil olunacaq. Bu, martın 31-də başlamalı və katoliklərin və protestantların bu il Pasxa bayramını qeyd etdiyi aprelin 9-na qədər davam etməlidir. Daha əvvəl The Daily Telegraph xəbər verdiyi kimi, hava limanı daha əvvəl aviaşirkətlərdən 10 günlük tətil müddəti üçün bilet satışını dayandırmağı xahiş etmişdi.