Moskva İrəvana xəbərdarlıq edib

20:05 - 27 Mart 2023 - DÜNYA

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Haaqa məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin BCM) Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “qarantları” fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - mənbə bildirib.

O qeyd edib ki, Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.

Xəbər xətti