Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:53 - 27 Mart 2023 - DÜNYA

Kanada hakimiyyəti daha 8 fiziki və 2 hüquqi şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Sanksiya tətbiq edilənlər Tehranda, İranın şimal-qərbindəki kürd və Azərbaycan bölgələrində insan hüquqlarının kobud və sistematik pozulmasına görə məsuliyyət daşıyırlar və İranda PUA və ballistik raketlərin istehsalı ilə məşğuldurlar.

Sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Tehrandakı komandiri Həsən Həsənzadə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ərdəbil əyalətindəki qüvvələrinin komandiri Qulamhüseyn Məhəmmədi Asl, əməliyyat komandanlığının müavini daxildir. İslam İnqilabı Keşikçiləri Korpusunun sədri Abbas Nilfuşan, Tehran polisinin rəisi Abbas-Əli Məhəmmədian, Qods Aviation Industries şirkətinin direktoru Qassem Damavandyan, İran Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavaş. Bundan başqa, sanksiyalar “İmen sanat zaman fara” şirkəti və Ravin Academy təşkilatını əhatə edib.

Xəbər xətti