Pensiya islahatlarına qarşı tətillər səbəbindən Paris küçələrində təxminən 7,828 min ton zibil yığılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Zibil işçilərinin tətilinin üç həftəsi ərzində yığılmış zibilin miqdarı 9800 tona çatıb. Daha sonra yandırma zavodlarının bir hissəsinin işini bərpa etməsi sayəsində onlar azalmağa başlayıb. İndi küçələrdə 7828 ton zibil var.