Nümayişçilər İsrail parlamentinin binasına daxil olublar
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Kadrlarda birinin əynində müxalifət şüarları yazılmış köynək olan bir neçə nəfərin Knessetin dəhlizləri ilə necə getdiyi görünür. Onlar tez bir zamanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq uzaqlaşdırılıblar.
Bu saatlarda Yerusəlimdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir, etirazçılar baş nazir Benyamin Netanyahuya, onun hökumətinə və ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər. Etirazların artmasına səbəb martın 26-da məhkəmə sistemində islahatların dayandırılmasının lehinə açıq şəkildə çıxış edən müdafiə naziri Yoav Qalantı işdən çıxaran Netanyahunun qərarı olub.