Kolumbiyalı müğənni Şakira keçmiş qayınanası oğluna xəyanətini gizlətməyə kömək etdiyini öyrəndikdən sonra onunla dava edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El Popular” məlumat yayıb.
Məlumata görə, Pike məşuqəsi Klara Çia ilə anası Montserrat Bernabeunun evində tanış olub.
“Pike və Klara Çia arasındakı münasibət ilk dəfə başlayanda onlar Pikenin Kabrilsdəki valideynlərinin evində görüşdülər. Bu zaman Şakira xəbəri olan və oğluna xəyanəti gizlətməyə kömək edən qayınanasının çiynində ağlayırdı. Şakira bundan çox pis olmuşdu" - deyə nəşr yazıb.
Bundan sonra Şakiranın qayınanası ilə onsuz da çətin olan münasibəti daha da gərginləşib və müğənninin yaxın çevrəsindən olan mənbənin sözlərinə görə, davaya çatıb.
“Pike ailəsinə yaxın olan, tez-tez onların evinə qonaq gələn biri deyib ki, o, ciddi söhbətin şahidi olub və bu söhbət zamanı Montserrat Bernabeu Jerar və uşaqlarının gözü qarşısında Şakiranı üzünə vurub. Şakira səssiz qalmayıb və o da qayınanasını vurdu" - deyə nəşr qeyd edib.
Qeyd edək ki, Şakira və Pike 11 illik romantik sevgidən sonra 2022-ci ilin iyununda ayrılıblar.