ABŞ prezidenti Co Baydenin administrasiyası Qana Respublikasına 139 milyon dollar məbləğində yeni yardım paketi ayırmağı planlaşdırır
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib. Ağ Ev bu vəsaitin 2024-cü maliyyə ilində veriləcəyini açıqlayıb.
Məlumata görə, 139 milyon ABŞ dollar məbləğində ikitərəfli yardım göstərmək niyyətindədir.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Kamala Harris martın 26-da Qanaya uçub, martın 29-da Tanzaniyaya, martın 31-də isə Zambiyaya səfər edəcək.