"Alibaba"nın qurucusu Cek Ma Çinə qayıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə South China Morning Post mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Cek Ma "Alibaba"nın baş qərargahının yerləşdiyi Xançjou şəhərində təsis etdiyi məktəbə baş çəkib. O, məktəbin müəllim və şagirdləri ilə görüşdə süni intellektə malik çat-botların kurikulumu və innovativ texnologiyalarını müzakirə edib.
Qeyd edək ki, Cek Ma 2013-cü ildə "Alibaba"nın baş direktoru vəzifəsindən gedib və 2019-cu ildə sədr vəzifəsini tərk edib.
Bundan sonra o, müxtəlif ölkələrə səyahət edib.