Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsinə cavab olaraq daha sıx müdafiə və təhlükəsizlik əməkdaşlığı istiqamətində potensial addımlar barədə danışıqları gücləndirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, ölkələrin nümayəndələri silah istehsalı sahəsində koordinasiyanın yaxşılaşdırılmasına yönəlmiş qeyri-rəsmi müzakirələr aparıblar. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Avropa Komissiyasının vitse-prezidenti Maros Şefçoviç “kibertəhlükəsizlik və terrorizmlə mübarizə sahəsində” dialoqa girəcəklərini vəd edərək, Vindzor sazişini imzalayıblar.