İsrail polisi Təl-Əvivdə baş nazir Benyamin Netanyahuya qarşı keçirilən aksiyanı su şırnaqları ilə dağıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail telekanalı 13 məlumat yayıb.
Məlumata görə, mitinq bir neçə saat ərzində Təl-Əvivin şərqindəki Ayalon şossesində baş tutub. Etirazçılar yolu bağlayıb, tonqal yandırıb və səhərə qədər orada qalmaq niyyətində olublar.
Polis su şırnaqlarından istifadə edərək etirazçılara təzyiq göstərməyə başlayıb. Bəzi nümayişçilərin müqavimət göstərməsi polislə toqquşma ilə nəticələnib.
Polisin nümayişçiləri tamamilə qonşu küçələrə sıxışdıra bildiyi bildirilir.