Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında “Bayraktar Kizilelma” pilotsuz təyyarəsinin fotosunu yayıb.
Ucnoqta.az xəbər verir ki, şəkildə Türkiyə prezidenti PUA-nın qarşısında dayanıb.
Ərdoğan həmçinin bildirib ki, Amerika tərəfinin hərəkətlərinə cavab olaraq Şimali Kipr Türk Respublikasında (ŞKTC) hücum pilotsuz uçuş aparatları yerləşdirilib.
Prezidentin sözlərinə görə, Şimali Kiprə PUA-ların, o cümlədən hücum pilotsuz təyyarələrinin yerləşdirilməsi ABŞ-ın Kiprə silah tədarükünə embarqonu ləğv edən hərəkətlərinə cavabdır.
O, həmçinin əlavə edib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri lazım gələrsə, adanın şimalına sürətlə çata bilər.