"Mən də quyunun dibində idim, əlimdən tutdun, dartdın, həyata qaytardın".
Ucnoqta.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həyat yoldaşı Dilarə Əliyeva ilə bağlı paylaşımında yazıb:
"Dedin "Özünü ələ al. Bəs Balaş səni belə zəif görsə, ruhu şad olmaz". Yeri gəldi üstümə qışqırdın. Mən də sənin varlığından, gücündən, dəstəyindən güc aldım. İnanmazdım quyudan çıxıb, xoş günlər də Allah nəsib edərmiş. İndi mənim gözəl, şən-şux Dilarəm, gülüşü ilə ətrafına sevinc bəxş edən dəyərli insanım, sən o qədər saf niyyətli, billur qəlbli, ağıllı, imanlı, həssas, xanımlar xanımısan... Sən də qalxacaqsan ayağa, yenə də güləcəksən. Banuşun (red. - Oqtay və Dilarənin qızı Banu) toyunu edəcəyik, nəvənin ad günləri, məktəbə getməyini, ali məktəbə qəbul olmağını, gəlin köçməyini, nəticəni qucağına alacaqsan. Amin.
Oqtayın da ruhu şad olacaq. Allahdan sənə səbir, güc, sağlam və bərəkətli ömür dua edirəm" - deyə, Xatun paylaşımında yazıb.
Qeyd edək ki, Oqtay Əliyev martın 22-də avtomobil qəzasında həlak olub.