Ağasəlim Şükürov vəfat etdi

16:38 - 24 Mart 2023 - Cəmiyyət

Tanınmış diplomat Ağasəlim Səmədağa oğlu Şükürov bir müddətdir əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Marja"ya mərhumun yaxınları məlumat verib.

O, 9 sentyabr 1963-cü ildə anadan olub. Ağasəlim Şükürov 1993-cü ildən Xarici İşlər Nazirliyində işləyib, 2010 - 2014-cü illərdə Liviyada, 2015- 2022-ci illərdə isə Livanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Ağasəlim Şükürov Azərbaycan Prezidenti tərəfindən medal ilə təltif olunub. O, 30-dan çox dövlətdə ölkəmizi təmsil edib.

Xəbər xətti