Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

15:26 - 24 Mart 2023 - Xəbər

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.

 

“Report” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb.

 

O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.

Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.

Xəbər xətti