100 yaşlı sehrbaz öldü

23:00 - 21 Mart 2023 - MARAQLI

Sehrbaz Qloriya Dea 100 yaşında öldü

Ucnoqta.az xəbər verir ki, bu barədə “Las Vegas Review-Journal” məlumat yayıb. Qloriya Dea səhnə adı ilə tanınan amerikalı sehrbaz və aktrisa Qloriya Metzner 100 yaşında vəfat edib.

O, martın 18-i şənbə günü Las-Veqasdakı evinin yaxınlığındakı bir hospisdə koronar ürək xəstəliyindən vəfat edib. Mərhum ailənin tək övladı olub və yaxın qohumu olmayıb.

Dea 1922-ci il avqustun 25-də Kaliforniyanın Oklend şəhərində anadan olub və dörd yaşında sehrbazlıq etməyə başlayıb.

Qadına fəndləri Böyük Leo səhnə adı ilə illüzionist işləyən atası öyrətdiyi qeyd edilir.

Xəbər xətti