Parisdə 230-dan çox etirazçı saxlanılıb

13:45 - 21 Mart 2023 - DÜNYA

Parisdə pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı 230-dan çox adam saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, asayişin təmin edilməsinə 2 mindən çox polis və jandarm cəlb olunub. Bununla belə, nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmaların və iğtişaşların qarşısını almaq mümkün olmayıb. Toqquşmalar ilk olaraq Parisin 7-ci rayonunda yerləşən Vauban meydanında qeydə alınıb, burada Milli Assambleya (parlamentin aşağı palatası) hökumətə etimadsızlıq haqqında qətnamələri rədd etdikdən sonra bir neçə min nəfər pensiya islahatının qəbuluna etiraz edib. 

Nümayişçilərin dağıdılması zamanı 11 polis əməkdaşı yaralanıb. 

Xəbər xətti