Peyvənd olunanların sayı açıqlanıb

17:22 - 19 Mart 2023 - Xəbər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 176 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 62, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər təşkil edir


Xəbər xətti