Yaponiya Şimali Koreyaya raket buraxılışına etiraz edib

09:54 - 19 Mart 2023 - DÜNYA

 Yaponiya hökuməti bazar günü həyata keçirilən ballistik raketin buraxılışı ilə əlaqədar Şimali Koreya hakimiyyətinə etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya müdafiə nazirinin müavini Tosiro İno məlumat verib.

"KXDR-nin bu cür hərəkətləri Yaponiyanın, eləcə də bütün beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyinə təhdid yaradır. Bunlar tamamilə qəbuledilməzdir", - Eno vurğulayıb: "Bununla bağlı biz Pekindəki səfirlik vasitəsilə etirazımızı bildirdik".

İno həmçinin bildirib ki, raket Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşərək 800 km-ə qədər uçub, maksimum 50 km yüksəkliyə çatıb", - nazir müavini deyib.

Xəbər xətti