Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi

19:33 - 17 Mart 2023 - DÜNYA

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Bu gün, 17 mart 2023-cü il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası Ukraynadakı vəziyyət kontekstində iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseevna Lvova-Belova”,- məlumatda deyilir.

Həbs qərarı vermək bacarığı BCM-nin ən ciddi “silahlarından” biridir.

Belə bir qərar qeyri-müəyyən müddətə qüvvədədir və istənilən şəxsə, o cümlədən dövlət başçısına şamil edilə bilər.

Lakin Beynəlxalq Cinayət Məhkəməsi qiyabi hökm çıxarmır. Bu o deməkdir ki, mühakimə olunmaq üçün müttəhim Haaqada fiziki həbs edilməlidir.

Xəbər xətti