Latviya 35 rusiyalı məşhurun ölkəyə girişinə qadağa qoyub

15:58 - 17 Mart 2023 - DÜNYA

Latviya aktyorlar, teleaparıcılar və politoloqlar da daxil olmaqla 35 rusiyalını qara siyahıya salıb.

Ucnoqta.az xəbər verri ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, ölkənin xarici işlər naziri Edqars Rinkeviç Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı dəstəkləyən 35 nəfəri Latviya üçün arzuolunmaz şəxslər siyahısına əlavə etmək qərarına gəlib. Qeyd olunur ki, qərar “İmmiqrasiya haqqında” qanunun 61-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq qəbul edilib və həmin şəxslərin Latviyaya qeyri-müəyyən müddətə girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Latviyanın “qara siyahısı”na düşən ruslar arasında Luqanskın Rusiyadakı nümayəndəliyinin keçmiş rəhbəri Rodion Miroşnik, ifaçılar Şaman, Akim Apaçov, Natalya Kaçura, Nadejda Babkina, Aleksandr Marşal, TV aparıcılar Lera Kudryavtseva, Yuliya Baranovskaya, Ruslan Ostaşko , aktyorlar Polina Aqureeva, Kirill Kuznetsov, Stanislav Starovoitov, politoloqlar Yevgeni Satanovski, Rostislav İşçenko, Gevorq Mirzayan, Dmitri Evstafyev, həmçinin jurnalistlər Yuliya Vityazeva, Mix Şailova.

Xəbər xətti