Çavuşoğlu sabah Misirə gedəcək - 11 ildən sonra ilk dəfə ...

15:04 - 17 Mart 2023 - DÜNYA

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Misirə səfər edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib. Nazirlikdən verilən məlumata görə, Çavuşoğlu ilə Misirli həmkarı Sameh Şükri arasında keçiriləcək görüşdə Türkiyə-Misir ikitərəfli münasibətlərinin bütün aspektlərdə müzakirə ediləcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulub.

Qeyd edək ki, Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.

Xəbər xətti