Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell hesab edir ki, nə İsrail, nə də Fələstin sülhə hazır deyil.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə cümə günü El Pais qəzetində dərc olunan məqaləsində bildirib.
"İsraildə və işğal olunmuş Fələstin ərazilərində hər həftə çox sayda insan ölür, milyonlarla insan qorxu və ümidsiz yaşayır. Dünyanın reaksiyası həddən artıq çox bəyanatlar və çox az hərəkətlər oldu" - deyib.
O, Aİ və beynəlxalq ictimaiyyəti vəziyyətin həlli üçün daha çox səy göstərməyə çağırıb. “Aydındır ki, nə İsrail tərəfi, nə də Fələstin tərəfi sülhə hazır deyil”, - Borrell bildirib.