Aİ Ukraynaya 1,5 milyard avro yardım edir

12:49 - 17 Mart 2023 - DÜNYA

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşı verəcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ gələn həftə Ukraynaya 1,5 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşını ayıracaq. 

Bu barədə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis "Twitter"də yazıb.

"Biz bu ölkənin təcili ehtiyaclarını ödəməyə kömək etmək üçün gələn həftə 1,5 milyard avro həcmində genişləndirilmiş makro-maliyyə yardım proqramımızın ikinci tranşını Ukraynaya köçürməyi səbirsizliklə gözləyirik" - deyib.

Xəbər xətti