Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirib

12:38 - 17 Mart 2023 - DÜNYA

Yaponiya və ABŞ Şimali Koreyanın raket buraxılışına görə hərbi təlimlər keçirib

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri dərc edib. Məlumata görə, Yaponiya Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri Şimali Koreyanın martın 16-da qitələrarası ballistik raket buraxmasından sonra döyüş təyyarələrinin iştirakı ilə cümə günü birgə təlim keçirib.

Qeyd olunur ki, Yaponiyadan dörd F-15 qırıcısı, ABŞ-dan isə dörd F-16 qırıcısı iştirak edib. Təlimlərin məqsədi hərbçilər arasında ünsiyyət qurmaq və onların bacarıqlarını artırmaqla Yapon-Amerika ittifaqını gücləndirmək olub.

Xəbər xətti