Ukraynalı uşaqların deportasiyası müharibə cinayətdir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT müstəntiqləri bildiriblər. Bildirilib ki, Rusiyanın ukraynalı uşaqları öz nəzarəti altında olan ərazilərindən zorla çıxarması müharibə cinayətdir.
BMT-nin açıqlamasına görə yüzlərlə ukraynalı uşağın Rusiyaya qanunsuz köçürülməsinə dair sübutlar var.
Ukrayna üzrə Araşdırma komissiyasının hesabatına əsasən bildirilir ki, Rusiya başqa hərbi cinayətlər də törədir. Bunlara xəstəxanalara hücumlar, işgəncələr, zorlamalar və qəsdən adam öldürmələr daxildir.
Ukrayna hökuməti zorla Rusiyaya aparılan uşaqların sayının 16 221 olduğunu bildirir. Hesabatda bildirir ki, Rusiya bəzi uşaqları daimi saxlamaq üçün onlara Rusiya vətəndaşlığının verilməsi və onların himayədar ailələrə verilməsi kimi siyasətlərə başlayıb.
BMT-nin hesabatında bu kəskin pislənib və bildirilib ki, ukraynalı uşaqların zorla qovulması beynəlxalq humanitar hüququ pozur və müharibə cinayətdir.
Aytac