Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları uzadıb

07:55 - 17 Mart 2023 - DÜNYA

Yaponiya raket buraxılışlarına görə Şimali Koreyaya qarşı sanksiyaları uzadıb

Ucnoqta.az xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə bildirib. Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno qeyd edib ki, respublikanın nüvə proqramı ilə əlaqəli olan üç şəxs məhdudiyyətlərə məruz qalıb.

Matsuno Şimali Koreyanın raket fəaliyyətinin regionda sabitlik və təhlükəsizliyə təhdid yaratdığını, tamamilə qəbuledilməz olduğunu vurğulayıb. Nazirlər Kabinetinin baş katibi Yaponiyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığı davam etdirəcəyinə söz verib.

Emin

Xəbər xətti