Britaniyanın xarici işlər naziri Gürcüstana gəlib

22:03 - 16 Mart 2023 - DÜNYA

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Gürcüstana işgüzar səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ceyms Kleverli xarici işlər naziri İlya Darçiaşvili və baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.

Tbilisidə planlaşdırılan görüşlərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Gürcüstanla iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunacaq.

Xəbər xətti