İranda güclü zəlzələ olub

16:33 - 16 Mart 2023 - DÜNYA

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 14:47-də, 5,3 bal gücündə, 15,25 km dərinlikdə Xoy şəhərində baş verib. 

Yeraltı təkanlar Türkiyənin Van vilayəti və ətraf rayonlarda da hiss edilib.

Xəbər xətti