İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla 14:47-də, 5,3 bal gücündə, 15,25 km dərinlikdə Xoy şəhərində baş verib.
Yeraltı təkanlar Türkiyənin Van vilayəti və ətraf rayonlarda da hiss edilib.