Mozambik 28 ölkə üçün viza rejimini ləğv edib

15:17 - 16 Mart 2023 - DÜNYA

Mozambik Nazirlər Şurası Rusiya da daxil olmaqla 28 ölkənin vətəndaşları üçün viza məhdudiyyətlərinin aradan qaldırılması barədə qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə REN TV Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, ölkədə 30 gündən çox olmayan müddətə vizasız qala bilərsiniz. Hökumət hesab edir ki, həmin 28 ölkədən olan səyahətçilərin Afrika dövlətinə qeyri-qanuni mühacirət etmək niyyəti yoxdur. Ölkəyə daxil olmaq üçün turistlər səyahətə 48 saat qalmış internetdə xüsusi forma doldurmalı və 800 rubl ödəməlidirlər. Bu halda rəsmi qalma müddəti 60 gün uzadıla bilər.

Eyni zamanda, Rusiyadan başqa, aşağıdakı ölkələrdən turistlər Mozambikə vizasız gedə bilərlər: Belçika, Böyük Britaniya Qana, Almaniya, Danimarka, İsrail, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Kot-d'İvuar, Hollandiya , Norveç, BƏƏ, Portuqaliya, Səudiyyə Ərəbistanı, Seneqal, Sinqapur, ABŞ, Ukrayna, Finlandiya, Fransa, İsveç, İsveçrə, Cənubi Koreya, Yaponiya.

Xəbər xətti