Fransa Senatı pensiya islahatı layihəsinin yekun variantını təsdiqləyib

13:54 - 16 Mart 2023 - DÜNYA

Fransa Senatı cümə axşamı pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı qanun layihəsinin yekun variantını təsdiqləyib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, əgər senatorların ardınca sənəd Milli Assambleyanın deputatları tərəfindən dəstəklənirsə, o zaman qanun layihəsi qəbul edilmiş sayılacaq.

Görüş Fransa parlamentinin yuxarı palatasının saytında yayımlanıb.
 Günün ikinci yarısında parlamentin aşağı palatası toplaşacaq.

Pensiya yaşının artırılması planları ilin əvvəlindən ölkə daxilində bir sıra kütləvi həmkarlar ittifaqı etirazlarına səbəb olub.

Xəbər xətti