Ermənistanın Baş naziri Qarabağa beynəlxalq mexanizmlərin işə salınması üçün addımlar atılmasını vacib hesab etdiyini deyib.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bununla bağlı BMT-yə müraciət etmək üçün XİN-ə tapşırıq verib.
"O cümlədən, söhbət BMT çərçivəsində nəzərdə tutulan mexanizmlərdən gedir. Bununla bağlı mən Xarici İşlər Nazirliyinə müvafiq göstəriş vermişəm", - Nikol Paşinyan deyib.