Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan Qarabağa beynəlxalq missiya göndərilməsini istəyir

12:14 - 16 Mart 2023 tarixində dərc olunub.

Ermənistanın Baş naziri Qarabağa beynəlxalq mexanizmlərin işə salınması üçün addımlar atılmasını vacib hesab etdiyini deyib.

Ucnoqta.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bununla bağlı BMT-yə müraciət etmək üçün XİN-ə tapşırıq verib.

"O cümlədən, söhbət BMT çərçivəsində nəzərdə tutulan mexanizmlərdən gedir. Bununla bağlı mən Xarici İşlər Nazirliyinə müvafiq göstəriş vermişəm", - Nikol Paşinyan deyib.

 

Müəllif: Ucnoqta.az redaksiyası