Türkiyədə sel 15 nəfərin həyatına son qoyub

12:02 - 16 Mart 2023 - DÜNYA

Xilasedicilər daha itkin düşən beş nəfəri axtarır

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində sel nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Qeyd edək ki, güclü yağıntılar səbəbindən əyalətlərdə yüzlərlə evi su basıb, körpülər və qismən yollar dağılıb. 

Yerli əhali təhlükəsiz ərazilərə köçürülüb. Xilasetmə işlərinə ordu hissələri və Fövqəladə Hallar Departamentinin qüvvələri cəlb olunub.

Xəbər xətti