ABŞ-da Arizona ştatının qərbində təhlükəli materialları daşıyan yük qatarı relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times məlumat verib. Qəza Mojave qraflığının Topok şəhəri yaxınlığında baş verib.
Mojave qraflığının şerif ofisinin sözçüsü Anita Mortensen qatarın Kaliforniya və Nevada ilə Arizona sərhədi yaxınlığında relsdən çıxdığını təsdiqləyib. Bununla belə, o qeyd edib ki, qəza nəticəsində sızma barədə məlumatı yoxdur.
Emin