Ruisya bir gündə 1040 hərbçisini itirdi

10:50 - 16 Mart 2023 - DÜNYA

Rusiya silahlı qüvvələri son sutkada daha 1040 hərbçisinin itirib.  

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, ötən gün davam edən gərgin döyüşlər zamanı Ukrayna ordusu tərəfindən daha 1040 rusiyalı hərbçi məhv edilib. Bununla da müharibənin başladığı dövr ərzində Rusiya ordusunun canlı qüvvə itkilərinin ümumi sayı 162560-a çatıb.  

Həmçinin, ötən gün Rusiya ordusunun 12 tankı, 11 zirehli texnikası, 11 artilleriya sistemi, 1 MLRS, 3 hava hücumundan müdafiə sistemi, 1 təyyarə, 13 PUA, 17 texnikası məhv edilib.

Xəbər xətti