İndoneziya sahillərində güclü zəlzələ baş verib

10:13 - 16 Mart 2023 - DÜNYA

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri Gentenq şəhərindən 267 km cənubda, ocağı 2 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti