Fransada 500 minə yaxın insan pensiya islahatına etiraz edib

01:02 - 16 Mart 2023 - DÜNYA

Yanvarın sonundan bəri Fransada hökumətin təklif etdiyi pensiya islahatına qarşı keçirilən səkkizinci nümayiş üçün çərşənbə günü azı 480,000 nəfər yürüş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFM telekanalı respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, Paris nümayişində 37 min insan iştirak edib. Öz növbəsində, həmkarlar ittifaqı mərkəzləri ölkə üzrə 1,7 milyon, Parisdə isə 450 min nəfəri əhatə edirdi.

Həmkarlar ittifaqlarının nümayəndələri pensiya yaşının artırılmasına qarşı nümayişləri davam etdirmək niyyətindədirlər.

Xəbər xətti