BMT baş katibi Antonio Quterreş Rusiya və ABŞ-ı dialoqa və gərginlikdən qaçmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik deyi. O, vurğulayıb ki, BMT baş katibinin reaksiyası dialoqa çağırış və hər hansı eskalasiyanın qarşısını almaq olacaq.
BMT nümayəndəsi tərəflərin Qara dənizin dibindən pilotsuz uçan aparat qaldırmaq cəhdləri də daxil olmaqla, gələcək hadisələrlə bağlı gözləntiləri şərh etməkdən imtina edib.