ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsveç hökumətinin Ukraynaya 10 Leopard tankının təhvil verilməsi barədə qərar qəbul etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Pentaqonun rəhbəri bu gün Ukraynaya yardım məsələsində irəliləyiş və bəzi mühüm yeni öhdəliklər barədə məlumat olduğunu bildirib.
Ostin qeyd edib ki, İsveç Ukraynaya 10 "Leopard" tankı və mühüm hava hücumundan müdafiə komponentləri tədarük edəcək.