Birləşmiş Ştatlar Qara dənizə düşən MQ-9 pilotsuz təyyarəsində dəyərli olanı uzaqdan məhv etmək üçün addımlar atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bildirib.
"Qalıqların qaytarılmasına gəlincə, bu ərazidə həqiqətən gəmilərimiz yoxdur. Amma bu bölgədə çoxlu müttəfiqlərimiz və dostlarımız var. Biz geri qaytarma əməliyyatı keçirəcəyik, çünki bu, Amerikanın mülküdür. Amma açığını desəm, hər şey məhv edilib və geri qaytarılacaq xüsusi bir şey yoxdur. Əgər hər hansı vacib məlumatın itirilməsindən danışırıqsa, o zaman müvafiq tədbirlər görmüşük. Ona görə də biz əminik ki, maraq doğura biləcək şey artıq maraq doğurmur”.
Eyni zamanda, ABŞ təyyarənin qalıqlarını aşağıdan qaldırmağa cəhd edib-etməmək barədə hələ qərar verməyib.