İspaniya hakimiyyəti yaxın vaxtlarda 6 "Leopard" tankını Ukraynaya təhvil verməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin press-relizində deyilir.
İspaniya altı "Leopard 2A4" tankı hazır olduqdan sonra tezliklə tədarük edəcəyini və daha sonra dörd digər tankın ikinci partiyasının əlavə ediləcəyini açıqlayıb.
55 ukraynalı hərbçi artıq bu döyüş maşınlarını idarə etmək üzrə təlim keçib. Nazirlik həmçinin Kiyevə zirehli transportyorların yeni partiyasının çatdırılmasını açıqlayıb. Bu günə qədər 850-dən çox ukraynalı əsgər İspaniyada təlim keçib.