İsrailin baş naziri Benyamin Netanyahu Almaniyaya səfərə yola düşür
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, almaniyalı həmkarı Olaf Şolzla görüşəcək. Məlumata görə, tərəflər arasında danışıqların mövzularından biri də “İran məsələsi”, o cümlədən Tehranın nüvə silahına çıxışı kontekstində olacaq.
Bildirilir ki, iki ölkə lideri siyasət və təhlükəsizliyin müxtəlif aspektlərini, ilk növbədə İran məsələsini və regional arenada baş verənləri müzakirə edəcəklər. Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayacaq.
Qeyd edək ki, Netanyahu yəhudi dövlətinin baş naziri vəzifəsinə başlayandan bəri ilk dəfə Şolzla görüşəcək.